İvanişvili: “İnsanlar ağı qaradan seçirlər” | VİDEO

   İvanişvili: “İnsanlar ağı qaradan seçirlər”    | VİDEO
  04 Oktyabr 2025    Oxunub:670
Hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili həyat yoldaşı, oğlu və çoxsaylı mühafizəçinin müşayiəti ilə Gürcüstanda bələdiyyə seçkilərində iştirak etmək üçün seçki məntəqəsinə gəlib.
AzVision.az bildirir ki, seçki məntəqəsində jurnalistlərin suallarını cavablandırmaqdan imtina edən İvanişvili qısa açıqlama verib.

“Ümidvaram ki, seçicilər bu gün də fəal olacaq və düzgün seçim edəcəklər. “Gürcü Arzusu” partiyası vətəndaşlara öz iradələrini sərbəst ifadə etmək imkanını təmin edib və hakimiyyətdə olduğu illər ərzində “söz, biznes və həyat tərzi azadlığını” gücləndirib”, - hakim partiyanın fəxri sdəri vurğulayıb.

Gürcüstanda yerli seçkilər keçirilir
Onun sözlərinə görə, “Gürcü arzusu” hakimiyyətdə olduğu 13 il ərzində mühüm nəticələr əldə edib və onun əsas nailiyyəti cəmiyyətin “düzgün nəticə çıxarmağı öyrənməsi” dir.

- Cəmiyyət doğru ilə yalanı ayırmağı öyrənib”, - İvanişvili deyib.

Xatırladaq ki, bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir. Müxalif partiyaların əksəriyyəti bu seçkilərə qarşı boykot elan edib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İvanişvili   seçkilər  



Xəbər lenti